Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3063

Parisdə YUNESCO-nun Mənzil-Qərqahında İCOM-un Baş Assambleyasının 33-cü iclasında Azərbaycan iki nümayəndə ilə təmsil edildi

Parisdə, YUNESCO-nun Mənzil-Qərargahında 6-8 iyun 2018-ci il tarixində Beynəlxalq Muzeylər Şurası olan İCOM-un Baş Assambleyasının 33-ci iclası  keçirilmişdir. İCOM-un Milli və Beynalxalq komitələrinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və İCOM-un Milli komitəsinin katibi, Əminə Məlikova keçirilən iclasda iştirak ediblər. İclas zamanı təşkilatın milli və beynəlxalq komitələri arasındakı əməkdaşlıq, təşkilatın ötən ildəki görülən işlərin hesabatları dinlənilərək muzakirələr keçirilmiş. Bundan əlavə, iclasda təşkilatın maliyyə məsələrinində hesabatları dinlənilmişdir. Bu ilki iclasda, 2022-ci ildə İCOM-un Baş Konfransının hansı şəhərdə keçiriləcəyinin seçkisi baş tutdu. 2022-ci ildə keçiriləcək Baş Konfransın keçiriləcək namizəd ölkə və şəhər sırasında Çex Respublikasının paytaxtı Praqa, Norveç Krallığının paytaxtı Oslo və Misirin İsgəndəriyyə şəhərləri olmuşdur. Seçkinin nəticəsi olaraq, 2022-ci ildə İCOM-un Baş Konfransının keçiriləcəyi şəhər olaraq, 67% səs üstünliyyi ilə Misirin İsgəndəriyyə şəhəri qalib qəlmişdir.

 Belə ki, Beynəlxalq Muzeylər Şurasının rolu - cəmiyyətin inkişafına və xeyrinə işləmək, mədəni dəyərlərin qorunması üçün çalışmaqdan ibarətdir. Bundan əlavə, Beynəlxalq Muzeylər Şurasının funksiyaları aşağıdakılardır; Muzeylər üçün ümumi olan dizayn, idarə metodu, standartlar, kolleksiyaların tərtibatı və sərgilərin təşkilinin ümumi prinsipləri;   

1.iştirakçı ölkələrin diplomatik nümayəndələri üçün aparıcı forum meydanı, mədəniyyətə görkəmli töhfələr verən beynəlxalq ekspertlərin toplanması;                                                            2.müəssisələr  şəbəkəsinin inkişafını və muzey mütəxəssislərinin professional potensialının gücləndirilməsi;

3.muzey icmasının xeyrinə müvafiq sahələrdə tədqiqatların aparılması;

4. bilik mübadiləsinə şərait yaradaraq, özünəməxsus  mədəni irsin hər bir xalqın mədəniyyətə aid olunmasına dəstək vermək.

O cümlədən, İCOM-un missiyasına aşağıdakılar daxildir:                                                                      

1. mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə;

2.riskin idarə olunması;

3.mədəniyyətin və biliyin inkişafı;

4.maddi və qeyri-maddi irsin nümunələrinin qorunmnası.

Beynəlxalq Muzeylər Şurası, beynəlxalq missiyasını həyata keçirərkən- regional qurumlarla, hökumətlərarası, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Qeyd etmək lazımdır ki, Misirin İsgəndəriyyə Kitabxanası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsinə yüksək diqqət yetirir. 2014-ci ildən İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvi İrsi-nin kataloqunun hazırlanmasına başlanılıb. Kataloqda Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, "Xəmsə"nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr, analizlər daxildir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi