Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2672

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi

16 may saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi. Konsert görkəmli bəstəkar, SSRİ xalq artisti,  Akademik Qara Qarayevin anadan olmasının 100 illiyinə və Ulu öndər,  Ümummilli lider Heyder Əliyevin 95-ci ildönümünə həsr edilmişdi.

Konsertdə Azərbaycan Respublikası Mədəniyyət naziri Əbulfəs Qarayev və digər nümayəndələr, eləcə də musiqi ictimaiyyətinin görkəmli şəxsləri, UMM və UİM-nin direktorları iştirak edirdilər.

Öncə  məktəbin müəllimi, musiqişünas Leyla Həsənova giriş sözü ilə çıxış edərək Q.Qarayev adına  Mərkəzi  İncəsənət Məktəbinin 2017-2018-ci tədris ilinin uğurla başa vurmasından, bu musiqi ocağının  istedadlı şagirdlərinin bir çox Respublika və Beynəlxalq Müsabiqələrdə yüksək  yerlərə, Qran–Pri  mükafatlarına layiq görülmələrindən və bir çox uğur və nailiyyətlərdən danışdı.

Konsertdə  Respublika və Beynəlxalq müsabiqələrdə yüksək yerlərə, Qran Pri mükafatlarına layiq görülmüş və Prezident təqaüdçüləri olmuş məktəbin istedadlı şagirdləri peşəkar, rəngarəng nömrələrlə çıxış etdilər.

Eləcə də məktəbin rəsm şöbəsinin şagirdlərinin sərgisi təqdim olundu.

Onu da qeyd etmək lazımdır ki,  konsert zamanı məktəbin ustası Oqtay Hüseynov tərəfindən hazırlanmış yeni skripka alətinin ilk təqdimatı oldu və bu alətdə məktəbin şagirdi, Prezident təqaüdçüsü Zərrin Əliyeva Y.Sibeliusun "Skripka konserti"ni ifa etdi.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib