Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2020

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaqlar üçün estrada sinfi açılacaq

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaq estrada sənətini tədris edən sinif açılacaq.

Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli bu barədə danışaraq deyib: “Ölkədə estrada vokal-instrumental bölməsinin açılmasına çoxdan ehtiyac var, çünki uşaqlar klassik musiqi ilə yanaşı, estrada musiqisinə də yiyələnmək istəyirlər. Hazırda Azərbaycanda bu sahədə bir boşluq yaranıb. Ölkədəki müğənnilərin əksəriyyətinin musiqi diplomu yoxdur, səhnədə davranışla bağlı adi qaydaları bilmirlər. Məhz bu boşluğu doldurmaq üçün yeni bölmə yaratmaq qərarına gəldik. Yeni dərsliklər nəşr ediləcək, bu məsələ ilə bağlı adlı-sanlı müəllimlər və koordinatorlar işə cəlb olunub. Ən başlıca məqsəd ölkəmizdə estrada sənətinin səviyyəsini qaldırmağa çalışmaqdır”.

Bu sinifdə uşaqlara səhnə obrazı, estrada vokalı, müasir üslub, səhnə mədəniyyəti öyrədiləcək, onlar ansambl, musiqi əsasları, estrada alətləri dərsləri alacaqlar, ən başlıcası, onlarda yüksək estetik zövq yaranacaq. Uşaq estrada sənəti sinfində oxuyacaq uşaqlar beynəlxalq səhnələrə çıxmaq imkanı qazanacaqlar. Sistemli olaraq uşaqlar beynəlxalq müsabiqələrdə iştirak edəcəklər.

Qeyd edək ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoru müntəzəm şəkildə müxtəlif ölkələrdəki festivallarda uğurlar çıxış edir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi