Qax rayonu Mədəniyyət mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə kino mövsümünün açılışı olmuşdur. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari xanım Zeynalova və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz xanım Sultanzadə iştirak etmişlər. Mirvari Zeynalova və Almaz Sultanzadə öz çıxışlarında milli kinomuzun tarixi keçmişindən və bu günündən bəhs etmişlər. Çıxışlarda vurğulanmışdır ki, ölkə başçısının 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” milli kino sənətinin inkişafında yeni bir mərhələnin başlanması idi. Sonda qeyd edildi ki, il ərzində Azərbaycanda istehsal olunan bədii, sənədli və cizgi filmlərinin nümayişləri nəzərdə tutulmuşdur.
Çıxışlardan sonra “Buta” filmi nümayiş olunmuşdur.