Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3839

Qazax şəhərində keçirilən Novruz bayramı şənliyində MKS –in E. Hüseynov adına Mərkəzi kitabxana və filialları iştirak edib

16 mart 2018-ci il tarixdə saat 11:00-da Qazax rayon MKS –inin E. Hüseynov adına Mərkəzi kitabxana və filialları Qazax şəhərində Olimpiya İdman Kompleksinin qarşısında keçirilən Novruz şənliyində  iştirak edib. Rayonun rəhbər işçiləri və şəhərimizin qonaqları “Qala” qapısına daxil olub. Girişdə onları Bahar qız qarşılayıb və Novruz bayramı münasibəti ilə qonaqları təbrik edib.  Bayram tonqalnının alovlanması ilə bayram şənliyinin başlanmasına start verilib.  Kosa və Keçəlin iştirakı ilə məzəli səhnəciklər nümayiş etdirilib, qonaqlarla yumurta döyüşdürülüb. MKS-in bütün filialları kitab sərgiləri, səmənilər, xonçalar, qurulan alaçıqlarda sakinlərdən topladıqları məişət əşyalarını nümayiş etdirib, fəal oxucular şeirlər söyləyib, rəngarəng rəqs nümunələri göstəriblər.

16-19 mart 2018-ci il tarixlərdə Aşağı Salahlı, Alpout, Məzəm, Qaymaqlı, Kəmərli kənd,  N. Nərimanov qəsəbə, şəhər 2 saylı,  Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən şəhər Multimedia kitabxana filiaları bayram şənliyi keçiriblər.

 

Sərhəd bölgəsində yerləşən Cəfərli, Bala Cəfərli və Xanlıqlar kənd kitabxana filialları “N” saylı hərbi hissədə Novruz şənliyi  keçiriblər

19 mart 2018- ci il tarixdə saat 15:00-da sərhəd bölgəsində yerləşən  Cəfərli və Bala Cəfərli  kənd kitabxana filialları “N” saylı hərbi hissədə Novruz şənliyi  keçiriblər. Tonqal ətrafında toplanan əsgər və zabitləri batalyon komandiri Elçin Qurbanov, Cəfərli kənd İcra Nümayəndəsi Şahin Mustafayev, katib Nizami Allahverdiyev, Xanlıqlar kənd İcra Nümayəndəsi Xasay Balayev, katib Ərəstun Məmmədov bayram münasibətilə təbrik ediblər. Kitabxanaçılar əsgərlərə apardıqları bayram sovqatı, səməniləri Vətənimizin keşikçiləri olan mərd ogullarımıza təqdim edib, maraqlı söhbətlər aparıb, onlarla şən musiqi sədaları ətrafinda rəqs ediblər.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib