Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3272

Qazaxda “Səyyar kitabxana” xidməti təşkil olunur

13 iyul  2017-ci il tarixində Qazax rayon Xanlıqlar kənd kitabxana filialı açıq havada “Səyyar kitabxana” xidməti təşkil etdi. Tədbirdə kənd  bələdiyyə işçiləri, icra nümayəndəliyi, azyaşlı uşaqlar, məktəblilərdən  ibarət 39 nəfər iştirak etdi.

Tədbiri açan kitabxana fililalının müdiri Səbilə Alıyeva bildirdi ki, oxuculara səyyar xidmətin təşkilində məqsəd gənc nəslin dünya görüşünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də  yeni oxucuları kitabxanaya cəlb etməkdir..

Tədbirdə “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar”, “Hər kitab yeni dünyadır”, “Nağıllar aləminə səyahət”, “Danışan kitablar” başlığı altında kitablar sərgiləndi. “Sehrli dünya” və “Göy qurşağı” jurnallarındakı nağıl qəhrəmanları kiçik yaşlı uşaqların diqqətini daha çox cəlb etdi və tədbir iştirakçılarından bir qrup kitabxanaya üzv yazıldı.

Qazaxbəyli kənd kitabxana filialı kənd ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbənin  parkında “Səyyar kitabxana” xidməti  təşkil etdi. Gün ərzində keçirilən tədbirdə 98 nəfər iştirak etdi. Sərgidə “Ümummilli  lider Heydər Əliyev”,  “Kənd təssərüfatı”, “Vətən torpagı bizi səsləyir”,  “Mən oxudum, səndə oxu” adlı başlıqlarda kitablar, həmçinin tarixə, milli-mənəvi dəyərlərimizə,  mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq hüquqlarına dair  110 nüsxədən çox ədəbiyyat  nümayiş etdirildi.

 Kitabxana filialın müdiri Sevinc Alməmmədova   tədbirdə bildirdi ki, səyyar kitabxana xidmətinin həyata keçirilməsində əsas məqsəd əhalinin kitaba marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir.  Tədbir zamanı bir qrup oxucu  kitabxanaya üzv oldular. Kitab sərgisi kənd əhalisi tərəfindən maraqla qarşılandı.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib