Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2823

Qobustan Milli Tarix-Bədii Qoruğunda ağacəkmə aksiyası keçirildi

Aprelin 13-də Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə kampaniyası çərçivəsində qoruq ərazisində ağacəkmə aksiyası həyata keçirildi.

Aksiya Mədəniyyət Nazirliyi və nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə gerçəkləşdi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iştirak edirdi.

Mətbuat nümayəndələrinə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev bu təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndirdi: “Qobustan tariximizin ən müqəddəs məkanlarından biridir. Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunda kütləvi ağacəkmə aksiyası həyata keçirilir. Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də  Hesablama Palatasının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri bu aksiyada iştirak edir. Bildiyiniz kimi, Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 mindən artıq qonağın gələcəyi nəzərdə tutulur. Onların ölkəmizdə UNESCO-nun Dünya irs siyahısına daxil olan abidlərlə tanışlığı da gözlənilir. Bunların sırasında Qobustan qoruğu da var”.

Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Qobustan qoruğundakı muzey 2013-cü ildə Avropanın beş ən yaxşı muzeyi sırasına daxil olub. Bu muzeyin tikintisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aparılıb, eləcə də qoruqda abadlıq işləri görülüb.

Nazir vurğuladı ki, xalqımızın böyük sərvəti olan Qobustanın qorunması, gələcək nəsillərə ötürülməsi bizim borcumuzdur.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev ağacəkmə aksiyası haqqında məlumat verdi. Bildirdi ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında reallaşır. Qobustan qoruğunun Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində, 30 metr zolaqda yerli landşafta uyğun akasiya, badam, sərv, Eldar şamı və zeytun ağaclarının əkilir.

Qeyd edək ki, aksiyada ümumilikdə 3 mindən artıq ağac əkildi.

Tədbir iştirakçıları daha sonra qoruğun muzeyi ilə tanış oldular. Bildirildi ki, Qobustan Tarixi-Bədii Qoruğunda tikilən muzey öz müasirliyi ilə seçilir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, interaktiv stendlər, 3D video ziyarətçilərin ixtiyarına verilib. Qeyd olundu ki, burada quraşdırılmış sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib