Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
265

Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub

Sentyabrın 19-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” layihəsinə həsr olunmuş ilk tədbir Qobustan Milli Tarix-Bədii Qoruğunda reallaşıb.

Qoruğun direktoru Vüqar İsayev çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Hər il Qobustana marağın daha da artdığını deyən Vüqar İsayev vurğulayıb ki, qoruğa gələn turistlərin sayı ilbəil artmaqdadır.

Onun sözlərinə görə, qoruğa ən çox Asiya ölkələrindən üz tuturlar: “Ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim tədbirlər təşkil olunur. Qoruq daima özünün təbliğatını aparır. Həmin tanıtım yönümlü işlərdən də biri, bu ilin oktyabrın 9-da UNESKO-nun təsis etdiyi qayaüstü təsvirlər günündə gerçəkləşəcək. Portuqaliyanın Foskua qoruğunda Qobustanın sərgisi təşkil olunacaq”.

Tədbirdə çıxış edən Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Azərbaycan mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda UNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınması vacib olan xeyli sayda abidələr var.

Tədbirdə Avropa Birliyinin himni mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Buta” instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada təqdim olunub.

Sonra Xalq rəssamı Arif Hüseynovun təqdimatında uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. İştirakçılara sertifikatlar təqdim edilib.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi – satış təşkil olunub.

Sonda “Kadr arxasında Qobustan” adlı mini-tur keçirilib. “Kadr arxasında Qobustan” turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- “kadr arxasında” qalan, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Qanlı zəmi” və digər onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola bilərlər. Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.

Qeyd edək ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksində də geniş qeyd olunur.

XƏBƏRLƏR

16.10.2019 17:47
Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
16.10.2019 15:49
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində müsabiqə laureatları tətif edilib
16.10.2019 15:34
Abdulla Şaiqin xatirəsi anılıb
16.10.2019 14:20
Lənkəranda Respublika Folklor Festivalının seçim mərhələsi keçirildi
16.10.2019 09:59
Qazaxıstanın Mədəniyyət və Təhsil nazirləri ADMİU-da olub
16.10.2019 09:37
Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında olublar
16.10.2019 09:24
Bakıda Dağıstan poeziyasının görkəmli nümayəndəsi Stalskinin 150 illiyi qeyd olunub
16.10.2019 09:14
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15.10.2019 18:48
Teatrımızın canlı ensiklopediyası İlham Rəhimlinin 70 illiyi qeyd olunub
15.10.2019 09:07
Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edir
14.10.2019 16:21
Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni beynəlxalq metodiki vəsait hazırlayıb
14.10.2019 11:50
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edib
14.10.2019 11:39
Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir
14.10.2019 09:17
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019 12:07
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb
12.10.2019 12:05
Şuşa Teatrı 2 premyera ilə tamaşaçılarının görüşünə gəlir
11.10.2019 20:44
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib
11.10.2019 17:09
“Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu”na həsr olunan tədbir keçirildi
11.10.2019 17:01
Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunub
11.10.2019 16:15
Kukla Teatrının nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb
11.10.2019 15:43
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinin başa çatmasına beş gün qalıb
11.10.2019 14:28
“Xəmsə”nin özbək dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib
11.10.2019 14:03
Mədəniyyət naziri Rusiya nümayəndə heyəti ilə görüşüb
11.10.2019 12:39
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Belçika Krallığının Spa şəhərində keçirilir
11.10.2019 10:58
Respublika Uşaq kitabxanasında xarici yazarlarla görüş keçirilib