24.06.2019 04:44
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin 2018
/2019-cu tədris ilinin yekun hesabat konserti keçirilmişdir.Tədbirdə incəsənət məktəbinin kollektivi, İsmayıllı Regional Mədəniyyət idarəsinin tabeliyində olan musiqi məktəblərinin direktorları Cəbrayılov Gülağa, Cəfərov Zaur, Səfərov Yaqub, Həşimov Bəhruz ,İsmayıllı Regional Mədəniyyət idarəsinin əməkdaşı Rəhim Bağırlı və digər qonaqlar iştirak edib.
Konsertdə Uşaq İncəsənət Məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano, xoreoqrafiya ,xanəndəlik, xor ixtisasları üzrə təhsil alan şagirdlərin bir-birindən maraqlı əsərlərdən ibarət ifaları izləyicilər tərəfindən maraqla qarşılanmışdır.