Quba rayon Mərkəzi Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar tədbir keçirilib.
Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar “Mən bir susmaz duyğuyam ki” adlı şeir gecəsi keçirilb.
MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq bildirdi ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biridir.Tədbirə dəvət olunmuş Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Nəzakət Baxışova Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatındakı rolu barədə məlumat vermişdir. Sonra kitabxananın əməkdaşı Validə Əmiraslanova çıxış edərək qeyd etdi ki, qüdrətli sənətkar fikir tariximizdə həm də şair kimi tanınır.
Sonda Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri şairin məhşur şeirlərindən parçalar söylədikdən sonra “Cəfər Cabbarlı-120” adlı sərgiyə baxış keçirildi.