18.03.2019 03:03
Quba Uşaq Musiqi məktəbində “Xonçalı Novruz gəlir” adlı bayram şənliyi təşkil olunub. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak edib. Milli geyimdə səhnəyə çıxan aparıcılar hər kəsi salamlayıb və bayramı münasibəti ilə təbriklərini çatdırıblar.
Şagirdlər bahara həsr olunan şerlər söylədikdən sonra səhnə ifaçılara verilib. Məktəblilər bayram əhval-ruhiyyəli musiqilər və xalq mahnıları ifa ediblər. Daha sonra Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub. Bayram tədbiri şagirdlərin ifası ilə davam edib.