Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
666

Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb

Quba meydanında yerləşən  Mərkəzi parkda Xaçmaz Regional Mədəniyət İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Oxu Bayramı”  keçirildi.

Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev  ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan quruculuq işlərindən, Azərbaycan Respublikası Prezidentinin bu sahədə imzaladığı fərman və sərəncamlarından, kitabxana-informasiya sahəsindəki yeniliklərdən, kitabxanalardakı işin  müasir  tələblərə uyğun qurulmasından danışdı. Daha sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev  bayram münasibətilə hər kəsi təbrik etdi. Ölkə rəhbərliyi tərəfindən kitabxana sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini, respublikamızda oxucuların kitabdan və kitabxanalardan faydalanmaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı. Tədbirdə həmçinin qeyd olundu ki, kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında  mühüm rola malikdir. Kitabların insanlara verdiyi töhfələr onun  qiymətindən qat-qat üstündür. Bayram tədbirində məktəblilərin ulu öndərə həsr olunmuş  çıxışları iştirakçılarda xoş əhval-ruhiyyə yaratdı. Tədbir boyunca  kitabsevərlər  sərgilərə baxış keçirdilər,  kitabxanaya yeni daxil olmuş çap məhsulları ilə tanış oldular.

Tədbirin keçirilməsində əsas məqsəd mütaliəyə diqqətin artırılması, ədəbiyyata marağı olan hər kəsin, habelə yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Tədbir zamanı  müxtəlif mövzularda təşkil olunan kitab sərgiləri, MKS – nin mərkəzi kitabxanasının rəsm və bacarıqlı əllər dərnəklərinin əl işlərindən ibarət sərgiləri, fəal oxucuların  rəsm sərgiləri nümayiş etdirildi.

Bayramda  Quba rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin  nümayəndələri, mədəniyyət və təhsil işçiləri, gənclər, ziyalılar, məktəb şagirdləri, tələbələr, qubalı şair və yazıçılar, rayon ictimaiyyəti,  rayonda istirahətdə olan turistlər, KİV nümayəndələri və başqaları iştirak edib.

Tədbirdə 175 adda 600-dən artıq müxtəlif dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər nümayiş olundu.  Sərgilərdə “Heydər Əliyev-96”, “Prezident İlham Əliyev”, “Azərbaycanın Birinci xanımı”, “2019-cu  il Nəsimi  ilidir”, “Müstəqilliyimiz əbədidir”, “Qubalı yazıçılar”, “2019-cu  ilin yubilyarları”, “Unudulmaz dərdimiz  Qarabağ!”, “Kənd təsərrüfatı”, “Müasir  ədəbiyyat”, “Xarici ədəbiyyat”, “Elektron nəşrlər”, “Azərbaycan kinosu” , “Rəşadətli Azərbaycan Ordusu”, “Musiqi dünyası”, “Azərbaycan xalçaçılıq sənəti”, “Kitabxana işi”, “Bədii ədəbiyyat”, “Uşaqların sevimli yazıçıları”, “Uşaqların nağıl dünyası”, “Bacarıqlı əllər” və s. başlıqlı kitablar, fotostendlər nümayiş olundu. Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin   həyatı, siyasi  fəaliyyətinə həsr edilmiş kitablar bayramın keçirildiyi məkanda  xüsusi yer tuturdu.

Tədbirdə, həmçinin dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması, şairin qəzəllərinin ifa edilməsi iştirakçıların marağına səbəb olub. Tədbir çərçivəsində mədəniyyət mərkəzinin “Şərq incisi”  rəqs kollektivi maraqlı rəqslərlə, Xaçmaz Regional Mədəniyyət  İdarəsinin bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etdilər.Tədbiri giriş sözü ilə açan MKS – nin direktoru Saməddin Nəsirov  çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. O, oxucuların mütaliəsi  işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışdı. Gənclərin və uşaq yaşlı oxucuların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını qeyd etdi.

Tədbirin sonunda mütaliə ənənələrinin təbliğ edilməsi məqsədilə keçirilən “Oxu Bayramı” müsabiqəsinin qalibləri  mükafat, Fəxri Fərman və müxtəlif hədiyyələr ilə təltif olundular.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb