Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.
Tanınmış estrada müğənniləri Könül Kərimova, Nurlan Əzizbəyli, Əli Əliyev, Çinarə Bəkirova, Zeynəb Həsəni, Şəbnəm Qəhrəmanova, Mir Cabbar Mirbabayev, Aynur Əliyeva, Mir Fərhad Həbibi, Fərhad Xəlif və Səma Heydərova, Rəşad İsmayıl, Könül Məmmədli, Gümüş, Nurlan Təhməsli, Mehman Tağıyev, Kubra Hüseynova, Emin Məmmədov, Nihat və Cahat, rəqqasə Səbinə İsmayılova öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar.
Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir.