“Retro Bakı” layihəsinin növbəti konsertləri 4-5 avqust tarixlərində baş tutacaq
2418
03.08.2017
03.08.2017 06:26
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 4-5 avqust saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu həftənin konsert proqramında tanınmış müğənnilər Lalə Məmmədova və Niyam Salami maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.
Azərbaycan klassik musiqisini və retro mahnıları sevənləri həftə sonunu bizimlə keçirməyə dəvət edirik!