Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
767

İrəvan teatrı ötən ili uğurla başa vurub

Ötən il Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla yadda qalıb.

Ilin əvvəlində İftixar Priyevin müəllifi olduğu “Qanlı qızıl toy” pyesi əsasında Xalq Artisti Rafael Dadaşovun quruluşunda hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunan tamaşa Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımıza həsr olunub.

Teatrın kollektivinin şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” tarixi dramı əsasında təqdim etdiyi eyniadlı tamaşa teatrsevərlərin böyük marağına səbəb olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşada Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan soydaşlarımızın milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən danışılır. Yeni quruluşda təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir.

Yosef Bar-Yosefin “Qəliz adamlar” əsəri ilk dəfə teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Quruluşçu rejissoru Nicat Qərib olan səhnə əsərində insan faktoru, insani dəyərlər əsas götürülür.

Teatr ötən ilin payız mövsümünün açılışını əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə edib. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir. Əfqanıstanda qadın hüquqsuzluğundan bəhs olunan səhnə əsəri maraqla qarşılanıb.

Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində ilin son ayında teatrın kollektivi bölgələrdə qastrol səfərində olub. Dekabrın 4-dən başlayan və beş gün davam edən qastrol səfərində teatrın kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşasını təqdim edib. Yaradıcı kollektivin böyük zəhməti sayəsində İmişli, Sabirabad, Samux, Goranboy, Balakən, Laçın, Bərdə və Lənkəran rayonlarında nümayiş olunan tamaşa teatrsevərlərin yaddaşında silinməz izlər buraxıb.

Qeyd edilib ki, bu il də teatrın kollektivi bir neçə səhnə əsəri ilə tamaşaçıları sevindirəcək.

XƏBƏRLƏR

21.05.2018 09:29
“Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub
18.05.2018 18:21
Hüseyn Cavidə həsr olunmuş tədbir keçirildi
18.05.2018 18:13
“Azərbaycanım” adlı Respublika Uşaq Rəsm Festivalının rəsm müsabiqəsi keçirilimişdir
18.05.2018 17:46
Rusiya Federasiyasının Tula şəhərində MDB ölkələrinin gənclərinin Mədəniyyət Forumu keçirilmişdir
18.05.2018 17:30
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilib
18.05.2018 17:27
Xətai Sənət Mərkəzində “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiridi
18.05.2018 16:40
Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Fransanın ölkəmizdəki səfiri Aurelia Buşez arasında görüş keçirildi
18.05.2018 15:06
Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirildi
18.05.2018 13:11
Xətai Sənət Mərkəzində “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçirildi
18.05.2018 08:55
Musiqili Teatr Sumqayıtda çıxış edib
17.05.2018 18:09
Gənc kamança ifaçılarının II Respublika müsabiqəsinin yekun konserti keçirildi
17.05.2018 17:38
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
17.05.2018 15:57
Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda sənətkarların əl işlərinin sərgisinə start verildi
17.05.2018 15:56
“Xilas edilmiş mədəni sərvətlər” adlı növbəti sərgi-seminar
17.05.2018 12:33
İrəvan Teatrı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
17.05.2018 12:24
Sumqayıtda Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
17.05.2018 12:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Lənkəranda “Cəza” tamaşası ilə çıxış edib
17.05.2018 12:10
“Ədibin evi”ndə ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə ədəbi-musiqili mərasim keçirilib
16.05.2018 19:56
Mayın 14də Turin Beynəlxalq Kitab Sərgisi başa çatmışdır
16.05.2018 19:54
Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti keçiriləcək
16.05.2018 19:36
“18-May Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir keçiriləcək
16.05.2018 16:32
“İstedad sorağında” müsabiqəsinin yekun sərgisi keçirilib
16.05.2018 15:38
Lənkəran səhnəsində İran tamaşası
16.05.2018 15:35
Fərəc Qarayevin “Qodonun intizarında” əsəri Musiqili Teatrda
16.05.2018 15:34
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib
16.05.2018 15:31
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratinonun sərgüzəştləri” adlı tamaşasını təqdim etdi
16.05.2018 14:54
Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə X Ümumrespublika kitab bayramı keçirilib