Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1472

Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Yanku (Dan Iancu) və səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan Milli Kitabxanasında olmuşlar

İyul ayının 13-də Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Yanku (Dan Iancu) və səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan Milli Kitabxanasında olmuşlar. Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. İki ölkə arasındakı yüksək səviyyədə uğurlu qarşılıqlı əlaqələrdən bəhs edən direktor Kərim Tahirov sentyabr ayında  Bakıda keçiriləcək V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Rumıniyanın iştirak edəcəyini alqışlamışdır. Eyni zamanda sərgi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Milli Kitabxanası arasında imzalanması planlaşdırılan Anlaşma Memorandumundan danışan direktor bu sənədin hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini və Rumıniya Milli Kitabxanasının fondunda mühafizə olunan Azərbaycana dair əlyazmalarının və digər materialların öyrənilməsinə yol açacaqdır.

 Dana sonra səfir Dan Yanku sərgi ilə bağlı Rumıniya Milli Kitabxanasından gələcək olan nümayəndə heyətini maraqlandıran sualları bildirmişdir. O qeyd etmişdir ki, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Rumıniya Milli Kitabxanası 3 nəfərlik nümayəndə heyəti ilə - Rumıniya Milli Kitabxanasının baş direktoru, İnstitusional inkişaf şöbə müdiri və Kollesiyaların təşkili şöbəsinin müdiri iştirak edəcəklər. Həmçinin sərgi-yarmarka çərçivəsində təşkil olunacaq “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: Kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi-praktik konfransda İnstitusional inkişaf şöbə müdirinin məruzə ilə çıxış edəcəyini bildirmişdir. Direktor Kərim Tahirov  qonaqları maraqlandıran bütün sualları ətraflı cavablandırmışdır.

Görüş zamanı professor Kərim Tahirov Rumıniya Milli Kitabxansında Azərbaycana dair bir sıra qiymətli əlyazmaların olduğunu, lakin mütəxəssis olmaması səbəbindən onların araşdırlmadığını və kataloqlaşdırılmadığını qeyd etmişdir. O gələcəkdə Rumıniya Milli Kitabxansaına bu məsələ ilə bağlı iki nəfər mütəxəssisin göndərilə biləcəyini, həmin əlyazmaların araşdırılmasının həm Azrbaycan Milli Kitabxanası üçün, həm də Rumıniya Milli Kitabxansı üçün böyük əhəmiyyət kəsb etdiyini və bunun iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirəcəyini bildirmişdir.

Daha sonra Azərbaycan Milli Kitabxanası tərəfindən qonağa “Azərbaycan Milli Kitabxanası Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycan. Xalçaları dünya muzeylərində”(ingilis dilində) və Azərbaycan minatürləri (ingilis dilində) kitabları hədiyyə verilmişdir. Səfir də həmçinin Rumın dilində kitabları Milli Kitabxanaya hədiyyə etmiş və görüşdən məmnunluğunu bildirmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb