Rus Dram Teatrında Nodar Şaşıqoğlunun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək
798
18.12.2017
18.12.2017 05:50
Dekabrın 19-da Dövlət Rus Dram teatrının səhnəsində Rusiyanın və Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Azərbaycan Dövlət Film Fondu ilə birgə təşkil edilən tədbir saat 19.00-da başlayacaq.
Xatirə gecəsini aktyorun yaxın dostu teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski idarə edəcək. Tədbirdə Nodar Şaşıqoğlunun dostları, oğlu onun haqqında xatirələrini bölüşəcəklər, onun iştirakı ilə çəkilən əfsanəvi film və tamaşalardan fraqmentlər nümayiş etdiriləcək.
Gecədə N.Şaşıqoğlunun "Uzaq sahillərdə" filmində Mixaylo obrazını yaratdığı Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin ailəsi də iştirak edəcək. Filmin rejissoru Tofiq Tağızadədir.