Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1336

“Rusiya və Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoq üçün körpülər kimi” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəniyyət və incəsənət sahələrində xalq diplomatiyasının təşviqi, eləcə də multikultural dialoqun möhkəmləndirilməsi məqsədilə Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən cari ilin 13 fevral tarixində Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında “Rusiya və Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoq üçün körpülər kimi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Sözügedən tədbirdə iştirak etmək məqsədilə hər iki ölkənin millət vəkilləri, mədəniyyət nazirliklərinin və səfirliklərinin təmsilçiləri, aparıcı ali təhsil ocaqları və ictimai birliklərinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri dəvət edilmişdir.   

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli “Azərbaycan Respublikasında mədəniyyətlərarası dialoq” mövzusunda təqdimat keçirərək bu sahədə aparılan dövlət mədəniyyət siyasəti haqqında bəhs etdi. Azərbaycan ərazisinin əlverişli regionlararası coğrafi xüsusiyyətlərindən irəli gələn qədim mədəniyyətlərarası ənənələri müasir Azərbaycan Respublikasını qlobal səviyyədə multikulturalizm mərkəzinə çevirmişdir. Bunun bariz nümunələri olan Mədəniyyətlərarası dialoq üzrə ənənəvi Dünya Bakı Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və ümumilikdə Qlobal Bakı Prosesi haqqında məlumat verildi. Təqdimat zamanı Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan bütün etnik qrupların mədəni fəaliyyətinə dövlət tərəfindən göstərilən təşkilati, mənəvi və maddi-texniki dəstəkdən danışıldı, azsaylı xalqların folklor ənənələrinə həsr edimiş ənənəvi “Azərbaycan – doğma diyar” ümumrespublika festivalı nümunə kimi sərgiləndi.

Bundan əlavə, Y.Hüseynlinin Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasındakı təqdimatında Azərbaycan Respublikasının erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılan 20 faiz ərazisində Azərbaycan əhalisinə qarşı aparılan “etnik təmizləmə” və dağıntılar ilə yanaşı, erməni vandalizmi nəticəsində Azərbaycan mədəniyyətinə və mədəni irsinə vurulan ziyanı əks etdirən fotoşəkillər nümayiş olundu, müvafiq faktlar səsləndirildi.

Tədbir geniş müzakirələrlə yekunlaşdı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb