Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində kino mövsümünə start verilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci il üzrə inkişafına dair Dövlət Proqramı”na, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbir haqqında” 8 avqust 2017-ci il tarixli, əmrinə əsasən ölkədə film nümayişlərinə başlanmışdır. Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində Şəmkir rayon Heydər Əliyev Mərkəzində, Gədəbəy rayon Aşıq məktəbi və Mədəniyyət Mərkəzində, Göygöl rayonun Heydər Əliyev və Mədəniyyət Mərkəzində, Daşkəsən rayonun Mədəniyyət Mərkəzində kino mövsümünün açılış günü keçirilmişdir. Qeyd olunan hər bir müəssisə üzrə Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi nümayiş olunmuşdur. Nümayişdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak etmiş, bundan başqa rayonun bir sıra dövlət müəssisələrinin əməkdaşları dəvətlilər arasında olmuşdur. Kinonun mövzusu vətənpərvərlik ruhunda olduğundan Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyəti də izləyicilər arasında olmuşdur. Açılış mərasimində Şəmkir rayon Heydər Əliyev Mərkəzində Regional İdarənin aparıcı mütəxəssisi Novruz Kərimov çıxış edərək regionda kino nümayişinin vacibliyini vurğulamışdır.