Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
7702

Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye – ATMU əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Turizm və Menecment Universitetində,“universitet –biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ATMU-nun prorektoru Anar Eminov bildirdiki, “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi ATMU ilə Onbranch şirkətinin birgə layihəsidir.Bu layihə Azərbaycanda ilk dəfə olaraq tətbiq edilir və ali təhsil ocaqlarından pilot layihə olaraq ATMU seçilmişdir. Startap kimi fəaliyyətə başlamış Onbranch şirkəti artıq müstəqil şirkət olaraq əsasən məkanların virtual proyeksiyasının yaradılması fəaliyyətini icra edir. Layihə ABŞ-da, İngiltərədə, Türkiyədə və Gürcüstanda qeydiyyatdan keçmiş və fəaliyyətə başlamışdır.

Marketinq kafedrasının müəllimi Uğur Babayev, BBF direktoru Rəşad Məmmədov və Onbranch layihəsinin təsisçisi Elçin Əskərov layihənin mahiyyəti barədə məlumat verərək, qeyd etdilər ki, Onbranch mobil əlavəsini yükləyən tələbə və müəllim heyəti ATMU-nun bu mobil əlavədəki səhifəsində avtomatik qeydiyyatdan keçir, universitetin internet radiusu məkanına daxil olan andan aktiv olan ATMU-Onbranch proqramı tələbə və müəllim heyyətinə universitet daxilində keçirilən bütün tədbirlərdən xəbərdar olmağa imkan yaradır. Bunun üçün hər bir nəfərə ayrı-ayrılıqda məlumat göndərməyə ehtiyac qalmır. Həmçinin səhifəyə yüklənmiş hər hansı məlumat, elan, xəbərdarlıq və ismarıclar proqram vasitəsilə dərhal ATMU heyətinə ötürülür.Bundan başqa Onbranch, tələbə və müəllim heyətinin asudə vaxtlarını daimi keçirdikləri məkanlarda – kafe, restoran, əyləncə mərkəzləri, gimnastika zalları, olimpiya mərkəzləri, dil və təlim kursları, kinoteatr, teatr, kitabxanalarda xüsusi endirim qazanmaları üçün də şərait yaradır. Bu endirimləri, ATMU-Onbranch-ın hər bir üzvü əldə etmiş olur.

Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev Qafqazda ilk dəfə Gürcüstan ali məktəblərinin kampuslarında tətbiq edilmiş proqramın Azərbaycan ali məktəblərində isə ilk olaraq Azərbaycan Turizm və Menecment Universitetində tətbiq edildiyini və bu layihəyəni dövlət başçımız, cənab İlham Əliyevin müəyyənləşdirdiyi Strateji Yol Xəritəsində yer alan virtual təhsil proqramına dəstəyin bir nümunəsi kimi qiymətləndirilə biləcəyini vurğuladı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb