Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1652

İSESKO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının növbəti iclası

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi İSESKO ilə qarşılıqlı əməkdaşlıq edir, bu nüfuzlu beynəlxalq təşkilatın müxtəlif proqram və layihələrinin fəal iştirakçısıdır. Nazirliyin təşəbbüsü ilə İSESKO üzrə Azərbaycan Milli Komissiyası yaradılmışdır. Hazırda Azərbaycan Respublikası İSESKO Baş Assambleyasına sədrlik edir, İSESKO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının üzvüdür.  

Sudan Respublikasının ev sahibliyi ilə cari ilin 18-19 sentyabr tarixlərində Xartum şəhərində təşkil olunan İSESKO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının 15-ci iclasında  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin sektor müdiri Y.Hüseynli təmsil edir.

İclas zamanı İSESKO-nun “İslam Dünyası üçün Mədəniyyət Strategiyası”nın təkmilləşdirilmiş layihəsinin, “Mədəniyyət və şəhərlə bağlı Qaydalar”ın, “İnkişafın mədəni göstəriciləri üzrə Təlimat”ın, “İslam dünyasında mədəni irsin qorunması haqqında Bəyannamə”nin layihələri müzakirə olunacaq. İSESKO Məşvərət Şurasının üzvləri həmçinin “Mədəniyyət nazirlərinin  İslam Konfransında iştirakına dair Prosedur Qaydaları”nın layihəsini və “İslam Dünyası üçün Mədəniyyət Strategiyasının tətbiqi üzrə Məşvərət Şurasının Prosedur Qaydaları”na təklif olunan əlavələri nəzərdən keçirəcək, “Mədəniyyət nazirlərinin 10-cu İslam Konfransının gündəliyinin layihəsi”ni təsdiq edəcəklər.

İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının 15-ci iclasında təsdiq edilmiş sənəd layihələri baxılmaq üçün cari ilin 21-23 noyabr 2017-ci il tarixində Sudan Respublikasının Xartum şəhərində “İslam dünyasında gələcəyin şəhərlərinin dayanıqlı inkişafına doğru” başlığı altında təşkil olunacaq mədəniyyət nazirlərinin 10-cu İslam Konfransına çıxarılacaqdır. 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb