Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1835

Səyyar yay seminar-treninqlərin keçirilməsinə qərar verildi

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir. Bununla bağlı mədəniyyət müəssisələrində çalışan əməkdaşların ixtisaslarının artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilir. Belə ki, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən müxtəlif kateqoriyalar üzrə təşkil edilmiş səyyar yay seminar-treninqlərində ümumilikdə 2010-2017-ci illəri əhatə etməklə 1752 nəfər dinləyici  iştirak etmişdir.

Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, təbliği və bərpası, Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsi, əhalinin asudə vaxtının təşkilində Mədəniyyət mərkəzlərinin rolunun artırılması, habelə kitabxana işinin təşkilində innovasiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar seminar-treninqlərin keçirilməsi planlaşdırılıb.

Kürdəmir regional mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonları üzrə 27.06-01.07-2018-ci il tarixində Mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri üçün “Maddi və qeyri-maddi mədəni irsin yerlərdə qounması və təbliği” ;

Bərdə regional mərkəz olmaqla Yevlax, Mingəçevir,Tərtər rayonları üzrə 03.07-07.07-2018-ci il tarixində Mərkəzi kitabxana sisteminin və filialların işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” ;

Şəmkir regional mərkəz olmaqla Göygöl, Gədəbəy, Daşkəsən rayonları üzrə 10.07-14.07-2018-ci il tarixində Abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri” ;

Ağstafa regional mərkəz olmaqla Qazax və Tovuz rayonları üzrə 17.07-21.07-2018-ci il tarixində Abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri”  mövzuları üzrə səyyar seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, regionların abidə mühafizəçiləri üçün təşkil edilmiş səyyar seminar-treninq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə həyata keçiriləcək.

XƏBƏRLƏR

24.04.2024 09:23
“Qırğız Kino Günləri”nin açılış mərasimi keçirilib
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib