Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində Silahlı Qüvvələri Gününə həsr olunmuş virtual sərgi təşkil edib.
Sərgidə Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, ölkəmizin rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarların müxtəlif üslub və texnikalarda işlədiyi Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürur mənbəyi olan əsərlər virtual şəkildə sərgilənir.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı virtual sərgini Qalereyanın sosial media (“Facebook”, “Instagram”) hesablarından da izləmək mümkündür.