Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4709

Siyəzən Rayon Heydər Əliyev Mərkəzində "15 İyun Milli Qurtuluş Günü" nə həsr edilmiş sərgi təşkil edilmişdir

13 iyun 2018–ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon nümayəndəliyinin təşkilatçılığı ilə Siyəzən Rayon Heydər Əliyev Mərkəzində "15 İyun Milli Qurtuluş Günü" nə həsr edilmiş sərgi təşkil edilmişdir. Sərgidə Siyəzən rayon Uşaq İncəsənət məktəbinin müəllim Elman Məmmədovun, Siyəzən rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin müəllimi Ləman Tağıyevanın, dekorativ sənətə və rəssamlığa həvəsi olan gənc Ayşən Novruzovanın əl işləri nümayış etdirildi. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin müavini,  Xaçmaz Regional mədəniyyət İdarəsinin məsləhətçisi, Siyəzən  rayon idarə və təşkilatların nümayəndələri və s iştirak etmişdir. Tədbiri giriş nitqi ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon nümayəndəsi Zəminə Qədirli açaraq gələn qonaqları salamladı bu bayram münasibətilə təbrik edib. Daha sonra çıxış edən Siyəzən  Rayon İcra Hakimiyyətinin Başçsının müavini Təhminə Bəxtiyarova qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Sərgini təşkil edənlərə gələcək fəaliyyətlərinə uğurlar arzuladı.

Mövzu ətrafında Xaçmaz Regional mədəniyyət İdarəsinin məsləhətçisi Xalidə Əliyeva cıxış edərək tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğuladı. Belə sərgilərin keçirilməsində əsas məqsəd bu sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsini bildirdi. Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova Milli Qurtuluş Günün tarixi haqqında ətraflı danışdı. Mədəniyyət Mərkəinin direktoru Ziyada Dadaşova hər kəsi bayram münasibəti ilə təbrik etdi.

Sonda E. Məmmədova, L Tağıyevaya, A. Novruzovaya Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı təqdim edildi, sərgiyə baxış keçirildi.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib