“Ümummilii Lider Heydər Əliyevin Anım günü” ilə əlaqədar Siyəzən Heydər Əliyev Mərkəzində Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin və Ş.İsmayılov adına 3 saylı tam orta məktəbin 10 cu sinif şadirdlərinin iştirakı ilə “Heydər Əliyevin yaşayan və yaşadan ideyaları” adlı tədbir keçirilmişdir.
İlk olaraq Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirilmişdir.
Sonra Mərkəzin direktoru R.Seyidova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edmişdir. Sonra "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzələr və şagirdlərin ifasında şeirlər dinlənilmişdir.
Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş "Liderlik Fenomeni" sənədli film nümayiş olunmuşdu.