14.05.2018 04:22
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "SÖZ" ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadənin təşkilatçılığı ilə 17 may 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan xalqının böyük oğlu, əbədiyaşar şair Hüseyn Cavidin əziz xatirəsinə həsr olunmuş gecə keçiriləcək.
Tədbirdə Azərbaycanın Əməkdar artistləri Mehriban Zəki, Gülzar Qurbanova, teatr və kino aktyorları Tural Əhməd, Elxan Rza və Kamran Yunusun ifasında Huseyn Cavidin şeirləri səsləndiriləcək.
Arzu edən hər kəs tədbirə dəvətlidir.