22.02.2018 04:37
Gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Söz” ədəbiyyat layihəsinin direktoru, şairə Nigar Həsən-zadənin təşkilatçılığı ilə növbəti ədəbi-bədii gecə keçiriləcək.
Tədbir 23 fevral 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət İncəsənət Muzeyində baş tutacaq.
Tədbirdə gənc şairlər İren Tasalova, Səbinə Vəlibəyova, Səidə Sübhi, Solmaz Süleymanlı, Atika Əliyeva, Leyla Qurbanova və İsmayıl Əliyev şeirlərini səsləndirəcəklər.