Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1755

İstanbulda “Sən də Azərbaycanı gör” fotosərgisi davam edir

Ötən ilin fevral ayından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən turizm imkanlarımızın tanıdılması istiqamətində addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuat səhifələrində Azərbaycanla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.

Belə tədbirlərdən biri də “Sən də Azərbaycanı gör” devizi altında həyata keçirilən beynəlxalq fotosərgi layihəsidir. Sərginin keçirildiyi növbəti məkan İstanbulda “Cəvahir” AVM olub. Burada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, əsrarəngiz təbiətini, turistik yerlərini, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın göstəricilərini əks etdirən şəkillər nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin rəhbəri Nurlana Çakmak sərgi haqqında geniş məlumat verib. Bildirib ki, sərgidə böyük turizm potensialına malik Azərbaycana həsr olunmuş 30-dək foto nümayiş olunur: “Biz dost və qardaş ölkələrik. Sərgi ilə “sən də Azərbaycanı gör” deyirik və hər kəsi gözəl ölkəmizə dəvət edirik. Bu fotosərgi ilə Azərbaycanın fərqli yönlərini göstərmək istəyirik”.

Sərgidə nümayiş olunan fotoşəkillər Azərbaycanın hotelçilik xidməti, mədəniyyəti, kurort bölgələri, sağlamlıq turizmi imkanları barədə ziyarətçilərdə aydın təsəvvür yaradır. Təqdim edilən Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, İçərişəhər, eləcə də paytaxtımızın qədim və müasir arxitekturalı digər tikililəri, təbiət gözəllikləri və s. ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgilər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Qeyd edək ki, “Gateway” şirkəti bundan əvvəl İstanbulun Yenikapı Metrosu, Topkapı Türk Dünyası Şəhərciyi, Türkiyənin Bilgi Universitetinin Santral İstanbul Kampusu  və s. məşhur məkanlarda da eyniadlı sərgilər təşkil edib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb