Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1988

İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib

İstanbul şəhərində “Türkiyə-Azərbaycan Ortaq Miras” layihəsi əsasında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil edilib.

Konsert İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblının 80 üzvünün ifasında milli rəqslərimizlə yanaşı, “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış balet də təqdim edilib. Ansamblın bədii rəhbəri Rusiya Federasiyasının Xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.

Çıxış edənlər bu konsertin uzun illər yadda qalacağına əminliklərini bildirib və ənənə halı almasını arzu ediblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xatırlanıb. Qeyd edilib ki, tarixboyu Azərbaycanla Türkiyə arasında davam edən qardaşlıq bütün dünya ölkələri üçün örnəkdir. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətlərimiz qarşısındakı tarixi xidmətləri xalqlarımız tərəfindən daim böyük ehtiram hissi ilə yad olunacaq. Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da güclənməsinə təkan verdiyi və bunun nəticəsi olaraq ölkələrimizin sürətlə inkişaf etdiyi vurğulanıb.

Rəqsin dünyanın hər yerində qəbul edilən ortaq dil olduğunu deyən çıxışçılar insanların öz tarixlərini, mədəniyyətlərini, kədərlərini və sevinclərini rəqslə ifadə etdiklərini bildiriblər.

Sonra azərbaycanlı rəqqasların ifasında “Qavalla lirik rəqs”, “Bəy”, “Toy”, “Qazağı”, “Tərəkəmə”, “Şalaxo” və digər maraqlı rəqslər tamaşaçılara təqdim olunub.

Konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun, İstanbul Böyükşəhər Bələdiyyəsinin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin əməkdaşları ilə yanaşı, Türkiyənin tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb