Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1691

Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa

50 illik yubileyi ərəfəsində Sumqayıt Dövlət Dram teatrı daha bir yeni tamaşa üzərində son hazırlıq işlərini başa çatdırmaq üzrədir.

Kiçik yaşlı tamaşaçılar və məktəblilər üçün nəzərdə tutulmuş tamaşa Rus xalq nağılı əsasında səhnələşdirilmişdir və "Kim güclü, kim ağıllı?" adı ilə nümayiş olunacaqdır.

"Musiqili birbaşa, ibrətamiz tamaşa" janrında hazırlanmış səhnə əsərində dovşanın və dostu kirpinin ağıllı, uzaqgörən, fərasətli olmasından bəhs edilir.

Tamaşada meşə qanunları ilə yaşayan heyvanların güc ilə deyil, məhz ağılla düşmənə qalib gəldiyini dovşanın timsalında görmək olar. Dovşan az zəkası, ağlı, məntiqi ilə hətta canavarı, tülkünü belə ram edə  bilir. 

Tamaşaya baxan kiçik yaşlı tamaşaçılara ötürülən mesaj bundan ibarətdir: həyatda böyük uğurlara qol gücü ilə deyil, ağılla, dərrakə ilə imza atmaq olar! 

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu  rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur. 

Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Kamran Muradlı, Vəfa Qurbanova, Mətləb Səfərli, Sevda Hüseynova, Elmir Mehdiyev və   Rövşən Əsgərov ifa edirlər.

Tamaşanın premyerası 17 oktyabr 2018-ci il tarixində saat 1100-da baş tutacaqdır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb