Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1813

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Yanğınsöndürənlərin peşə bayramı münasibətilə tədbir keçirildi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanın uşaq şöbəsi 14 saylı orta məktəbin şagirdləri ilə birgə Yanğınsöndürənlərin peşə bayramı ilə əlaqədar Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə “Odla oynayanlar” adlı ekskursiya təşkil edilib.

      Tədbirdə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Mirfuad Mahmudov  oxuculara təhlükəsizlik qaydaları ilə bağlı təlimat haqqında geniş məlumat  verib.

Sonra İdarənin əməkdaşı Azər Babayev oxucuları müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları ilə əyani surətdə tanış edərək zəlzələ, dəm qazı təhlükəsi, müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəblərindən danışıb. Həmçinin, rəis müavini bu situasiyalarda yanğın təhlükəsinin qarşısının alınma üsulları, elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış və xilasetmə qaydaları, daxili yanğın kranlarından, odsöndürən balonlardan istifadə  metodları  ilə bağlı  ətraflı məlumat verib.

14 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Alıyev  Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəhbərliyinə, Sumqayıt Regional Mədəniyyət İdarəsinə və Mərkəzi kitabxananın kollektivinə sözügedən layihənin gerçəkləşdirilməsinə görə minnətdarlığını bildirib və məktəblilərin yaşam tərzi üçün zəruri olan təhlükəsizlik məqamlarını bilmələrinin çox önəmli olduğunu qeyd edib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib