Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2585

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyində “Ölkəmizi tanıyaq” devizi altında tədbir keçirilib. Zəngilan məktəblilərinin iştirak etdiyi tədbirdə Zəngilan rayonunun tarixi, etnoqrafiyası və muzeydə əks olunan eksponatlar haqqında geniş məlumat verilib.

Sumqayıt şəhər Corat qəsəbə mədəniyyət evinin kollektivi müharibə veteranları ilə birlikdə N saylı hərbi hissədə keçirilən andiçmə mərasimində konsert proqramı ilə çıxış edib. Konsertdə müqənnilər Ramella Rəvan, Nurlan Nəcəfli, Qüdrətli Aynurun ifasında səslənən mahnılar əsgərlər tərəfindən alqışlarla qarşılanıb.

C.Cabbarlı adına mədəniyyət evində Uşaq Hüquqları aylığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı məruzələrdən sonra "Turan" milli rəqs qrupunun ifasında rəqs və solo tarda Ramil Əfəndiyevin ifasında musiqi nömrələri təqdim olunub.

M.Ə.Rəsulzadə adına kitabxana filialda S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi ilə birgə 17 Noyabr Dirçəliş Gününə həsr olunmuş “Xalqın oyanış günü” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Milli Dirçəliş günü haqqında oxuculara geniş məlumat veriliib, onların mövzu haqqında fikirləri dinlənilib. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər, canlı musiqilər  ifa olunub.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi uşaqların asudə vaxtının təşkili və mütaliəyə marağın artırılması məqsədilə Nako Edu Klub Tədris Mərkəzinin məktəbəqədər qrupu  ilə birlikdə “Kitabxanaya gedirik, kitabla dost olmağa” adlı səhərcik keçirilib. Tədbirdə uşaqlara “Sehrli torba” nağılı ucadan oxunub,  “Tıq-tıq xanım” cizgi filmi nümayiş etdirilib. Daha sonra uşaqlar Sabir Sarvan adına Uşaq  Poeziya    Klubunun üzvlərinin Məmməd Namazın “Analar və balalar” nağılı əsasında  hazırladığı səhnəciyi maraqla izləyiblər. 2-ci sinif şagirdləri ilə birlikdə keçirilən “Nağıl kitabından gələn qəhrəmanlarımız” adlı nağıl saatı da uşaqlar tərəfindən maraqla qarşılanıb. Belə ki, Sabir Sarvan adına Uşaq Poeziya Klubunun üzvlərinin hazırladığı  Tıq-tıq xanım, Göyçək Fatma, Tülkü, Hörümçək adam, Sehrbaz kimi nağıl personajlarının uşaqlarla ünsiyyəti, “Göyçək Fatma”nın atalar sözləri, “Tülkü”nün tapmacaları, “Tıq-tıq xanım”ın oxuduqu “Dost dosta tən gərək” nağılı, Sehrbazın nümayiş etdirdiyi sehrli oyunları uşaqların böyük marağına səbəb olub. Tədbirin sonunda Nako Tədris Mərkəzinin müdiri Nargilə Bədəlova körpələrə maraqlı bir gün yaşatdıqlarına görə uşaq şöbəsinin əməkdaşlarına öz təşəkkürünü bildirib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb