Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2536

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evində Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən tədbirdə “Turan” milli rəqs qrupunun üzvlərinin ifasında Azərbaycan rəqsləri izlənilib, mədəniyyət evinin qiraət dərnəyinin üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeir nümunələri dinlənilib. Tədbirdə həmçinin mədəniyyət evində fəaliyyət göstərən “Bacarıqlı əllər” dərnəyinin üzvləri Zümrüd Məmmədova, Seyidbacı Aslanova, Xuraman Abbasova, Lalə Mahmudova, Xanımana Hüseynova, Aytac Rüstəmlinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Corat Qəsəbə Mədəniyyət evi tərəfindən 2 saylı "Günəş" bağçasında keçirilən tədbirdə illüziyaçı llham Muradovun bir-birindən rəngarəng çıxışı, müğənnilər Samir Salmanov, Ləman Məmmədova, Orxan Zamanov, Şamo Babayevin ifasinda səslənən mahnılar maraqla qarşılanıb. Daha sonra uşaqların ifasında "Azərbaycan", "Müharibə istəmirik", "Bu vətənin övladlarıyıq " adlı mahnılar dinlənilib. Tədbir ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Ulu öndər " adlı şeirlə sona çatıb.

Nizami Gəncəvi adına Kitabxana Klubda keçirilən tədbirdə kitabxanaçı Səadət Allahevrdiyeva müstəqillik günü ilə bağlı oxuculara geniş məlumat verib. Daha sonra kitabxananın oxucularının ifasında Müstəqillik gününə həsr olunan şeirlər dinlənilib. videoçarx izlənilib. Sonda oxucular kitabxanada tərtib olunan “Müstəqillik yollarında” başlıqlı kitab sərgisi ilə yaxından tanış olublar.

S.Vurğun adına Mərkəzi Kitabxanada informasiya günü keçirilib, mövzu ilə əlaqədar tərtib olunmuş sərgi haqqında biblioqrafik xülasə verilib, videoçarx izlənilib. Kitabxananın uşaq şöbəsində məlumat günü keçirilib, şəhər kitabxanalarında sərgilər tərtib olunub.

Zəngilan rayon Mincivan usaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin şagird və müəllim kollektivi konsert proqramı ilə çıxış ediblər. Konsertdə xalq və bəstəkar mahnıları səslənib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi