Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
939

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində müsabiqə laureatları tətif edilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gənc pianoçuların IV respublika müsabiqəsi və Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin laureatları ilə görüş keçirilmiş və  Mədəniyyət Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilmişdir.

Tədbirdə çıxış edən idarə rəisi Mehman Şükürov mədəniyyət müəssisələrinin kollektivlərinə Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən Birinci Mədəniyyət festivalında fəal iştiraklarına görə təşəkkürünü bildirib. O, bundan sonra bu kimi festivalların mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Idarə rəisi qeyd edib ki, fəaliyyətə başlayanda yeni kollektivlərin yaradılması qarşıya məqsəd qoyulmuşdu və hazırda bir neçə yeni kollektiv yaradılıb. Bunlardan müəllimlərdən ibarət xalq çalğı alətləri orkestrini və xor kollektivini, “Buta” qızlar ansamblını, sazçalan qızlar ansamblını, kukla teatrlarını və s. misal göstərmək olar. Həmçinin musiqi məktəblərinin xalq çalğı alətləri ansambllarının fəaliyyətinə toxunan idarə rəisi onların arasından istedadlı gənclərin üzə çıxacağına çox böyük ümidlər bəslədiyini bildirib.  

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin bazası əsasında internet televiziyanın fəaliyyətə başladığı diqqətə çatdırılıb, istedadlı gənclərin bu televiziya vasitəsilə təbliğ olunmasının vacib olduğu qeyd edilib.

Sonda mədəniyyət festivalında fəal iştiraklarına görə mədəniyyət müəssisələrinin kollektivləri idarənin fəxri fərmanları ilə təltif edilib.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq