Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
302

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 12 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə Təmənnasız Xeyirxahlıq İfadəsi Günü və “Könüllülər ili” çərçivəsində Sumqayıt şəhər “ASAN xidmət" mərkəzinin bir qrup könüllüləri ilə  “1 gənc, 1 hekayə, 1 uğur” adlı görüş keçirilib.

Əvvəlcə kitabxananın böyük mütəxəssisi Leyla Mahmudova ölkəmizdə könüllülər hərəkatının xüsusi əhəmiyyəti haqqında məlumat verib.

Sonra tədbir iştirakçıları könüllülük hərakatına məqsədə çatmaq vasitəsi kimi deyil, cəmiyyətə fayda gətirmək məqsədilə qoşulan "ASAN xidmət" könüllülərindən “Həyat yolunu mütaliə edərək işıqlandır” layihəsinin rəhbəri Dünyaxanım Əmirova, Vüsal Məmmədov, Natiq Dünyamalıyev, Sərvan Allahverdiyev, Səidə Novruzova, Gövhər Qənbərova, Günay Osmanlı və Nərmin Əmiraslanovanın innovativ ideya və təkliflərini, uğur hekayələrini dinləyiblər.

Son olaraq gənclər dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafı naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını, görülən işlərdə fəal mövqe tutacaqlarını bildirdilər.

Tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb