Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
295

Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi

Sumqayıt şəhər Tarixi Muzeyində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş "Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir. Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə "Yardımlı” Xeyriyyə Cəmiyyətinin Sumqayıt şəhəri üzrə koordinatoru Hilal Əliyev, "Tərəqqi” medallı rabitəçi Mehman Ömərov, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı Bayram Cəfərli, Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, 18 və 41 nömrəli tam Orta Məktəblərin in müəlim və şagirdləri iştirak etmişdir.

Muzeyin şöbə müdiri Sevinc Əmirova 1918-ci ildə Şərqdə yaradılmış ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışmışdır. Bildirib ki, Cümhuriyyət 23 aydan sonra süqut etsə də, xalqımız öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də yenidən qazandı.

Sonra muzeyin əməkdaşları: elmi katib Sənurə Lazımova, kiçik elmi işçi Zülfiyyə Fətəliyeva "Azadlıqdan müstəqilliyə doğru”, "Yeniləşən Sumqayıt” adlı mühazirələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbir zamanı çıxış edənlər müstəqil Azərbaycanın nailiyyətlərindən söz açmışlar. 

Şeir üzrə şəhər müsabiqəsinin qalibləri olan 4, 17 və 28 nömrəli tam Orta Məktəblərin şagirdləri:  Nüsrət Ağazadə, Fatimə Quliyeva, Aytən Ağazadə, Zəhra Əzizova, Nuray Əliyevanın ifasında mövzu ilə səsləşən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda 27 illik müstəqillik tariximizi özündə əks etdirən videoçarx nümayiş olunub.

XƏBƏRLƏR

17.11.2018 15:42
Mədəniyyət naziri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17.11.2018 14:51
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edir
17.11.2018 14:03
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi ilə arasında əlaqələr möhkəmlənir
17.11.2018 14:03
VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində “Mədəniyyət və gənclik” mövzusunda konfrans keçirilib
16.11.2018 18:11
VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Birgə Bəyanat imzalanıb
16.11.2018 17:02
Ölkəmiz Çin Xalq Respublikasında beynəlxalq mədəni sənaye yarmarkasında təmsil olunur
16.11.2018 14:52
Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında
16.11.2018 14:43
Milli Kitabxanada “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir
16.11.2018 14:41
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm konsert keçirilmişdir
16.11.2018 14:38
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tədbir
16.11.2018 12:06
Respublika Gənclər Kitabxanası tərəfindən “Azərbaycanın Milli Dirçəliş yolu” mövzusunda tədbir keçirildi
16.11.2018 12:05
Bərdə Regional Mədəniyyət İdarəsi konsert proqramı ilə çıxış edib
16.11.2018 11:38
Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilmişdir
16.11.2018 09:33
Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb
16.11.2018 09:03
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.11.2018 18:10
VII Beynəlxalq Mədəni Forum çərçivəsində Mədəni Proqramlar İnstitutunun rəhbərliyi ilə görüş keçirildi
15.11.2018 18:06
Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15.11.2018 15:57
Musiqili Teatrda bu həftə
15.11.2018 15:38
Ölkəmiz növbəti beynəlxalq teatr forumunda iştirak edəcək
15.11.2018 15:20
Xorvatiyada keçirilən “Zeytun ağacları mədəni marşrutu” layihəsində ölkəmiz təmsil olunur
15.11.2018 13:30
Portuqaliyalı məşhur rəssam Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcək
15.11.2018 10:47
Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda uğurla təmsil edib
15.11.2018 10:11
Biləsuvarda mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir
15.11.2018 09:47
Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb
15.11.2018 09:42
Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub
15.11.2018 09:41
Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub
14.11.2018 12:47
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018 12:24
“Euronews” telekanalında V Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlanıb
14.11.2018 12:14
Həsənağa Turabova həsr olunan xatirə tədbiri keçiriləcək
14.11.2018 12:12
Mehdi Hüseynzadənin anım günü keçiriləcəkdir
14.11.2018 12:09
Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib
14.11.2018 10:25
Xızıda “Yarımçıq xatirələr” filmin nümayişi təşkil olunub