Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
312

Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin üzvləri “Gənclik” klubu ilə birgə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü Əliağa Tapdıq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Müstəqillik Günü haqqında geniş məlumat verib. Sonra Mədəniyyət evinin solisti Adil Səfərovun ifasında Azərbaycan bəstəkarlarının mahnıları dinlənilib.

Tədbirdə Mədəniyyət evinin qiraətçisi Lumuxanım Fərzəliyevanın ifasında vətənpərvərlik mövzusunda səslənən şeirlər şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.

Sonda hərbi hissənin komandiri, polkovnik-leytenant Həsən Mahmudov “Milli Müstəqillik Günü” münasibəti ilə şəxsi heyət qarşısında konsert proqramına görə C.Cabbarlı adına mədəniyyət evinin kollektivini Fəxri Fərmanla təltif edib.

***

S.Vurğun adına Mərkəzi kitabxanada “Müstəqillik- xalqımızın milli sərvətidir” adlı oxucu konfransı keçirilib. Tədbiri giriş sözü ilə Məlumat-biblioqrafiya şöbəsinin metodisti Natəvan Axundzadə açaraq Dövlət Müstəqilliyi Günü haqqında geniş məlumat verib. Tədbirdə 12 saylı Orta Məktəbin tarix müəllimi Məleykə Məmmədova, kitabxananın əməkdaşı Xəyalə Seyidnurova çıxış edib.

Daha sonra 5 saylı Orta Məktəbin şagirdləri Zəhra Bəşirova və Aynur Kərimovanın ifasında şeirlər dinlənilib, Müstəqillik Gününə həsr olunuş video-çarx izlənilib. Sonda kitabxananın direktoru Yeganə Əhmədova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

***

Qubadlı rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivi Qubadlı rayon İşıqlı kənd tam Orta Məktəbində bayram tədbiri keçirib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə məktəbin direktoru Avtandil Novruzov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Daha sonra Mehriban İsgəndərova və Ayşən Bədəlovanın “Milli müstəqillik tariximiz” mövzusunda məruzələri, məktəb şagirdlərinin ifasında şeirlər dinlənilib.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu