Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1214

Sumqayıtda şair Zahid Xəlillə görüş keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Şəhər S.Vurğun adına Mərkəzi Kitabxanası, Nizami Gəncəvi adına Kitabxana-Klub, Mərkəzi Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə uşaqların sevimli yazarı, şair Zahid Xəlillə görüş keçirilib.

Sumqayıt Şəhər Poeziya Evində baş tutan tədbirin aparıcısı filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu Zahid Xəlilin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib.

Sumqayıt Şəhər MKS-nin direktoru Yeganə Əhmədova, şəhər 27 nömrəli məktəbin direktoru Valid Mustafayev, jurnalist Rəhman Orxan və digərləri çıxış etdilər, şair haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüblər.

Sonra Nizami Gəncəvi adına Kitabxana-Klubun fəal oxucularının ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib.

Daha sonra Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarının şairin  “Mən tülküyəm” nağıl-poeması əsasında hazırladıqları kukla tamaşası, S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin oxucularının “Yeddi rəngli muncuq” şeiri əsasında hazırladıqları səhnəcik nümayiş olunub və maraqla qarşılanıb.

Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.

Tədbirdə şairin həyatı və yaradıcılığını əks etdirən “Balalara hədiyyə” başlıqlı sərgi nümayiş olunub.  

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq