Sumqayıtda Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və şairin yaxınları iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova şairin keçdiyi həyat yolundan, yaradıcılığından geniş söhbət açıb.
Sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova, S.Rüstəmov adına Uşaq İncəsənət məktəbinin müəlliməsi Vüsalə Haşımova, N.Tusi adına 12 nömrəli orta məktəbin ədəbiyyat müəllimi Səbinə Əfəndiyeva şairin həyat və yaradıcılığından, onun ədəbi və ictimai fəaliyyətindən, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb, yaxınları şairlə bağlı xatirələrini bölüşüblər.
Sonra S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilib.