Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1108

“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart – 2 aprel 2018-ci il tarixlərində İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət  Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək.

Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre,  Rusiya və Tatarstanın xalq artisti  Renat İbrahimov, bəstəkar, pianoçu,Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstrya cəmiyyətinin prezidenti  Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.

Müsabiqə 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçiriləcək.

Festivalda qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif oluncaqlar, onlara xüsusi hədiyyələr və Təşəkkürnamələr veriləcək.

Vokalçılar arasında Qran-pri mükafatına layiq görüləcək iştirakçıya qalib üçün Rusiyanın xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.

Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art” I Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmuş və təcrübə mübadiləsi aparılmışdır. Azərbaycandan olan gənc ifaçıların çıxışları münsiflər heyətinin marağına səbəb olmuşdur. Balaban ifaçısı Nicat Pələngov “Qran-Pri” mükafatına layiq görülərək İtaliyada keçirilən müsabiqəyə vəsiqə qazanmış və orada uğurla iştirak edərək I dərəcəli diplomla vətənimizə qayıtmışdır.

XƏBƏRLƏR

17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru
03.08.2018 17:28
Maestro Niyazinin xatirəsi yad olunub
03.08.2018 10:16
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib
02.08.2018 12:41
Azərbaycan kinosu günündə ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olundu