Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1991

Tovuzda III Respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi və xalq yaradıcılığı kollektivlərinə baxış keçirildi

Azərbaycanda xalq yaradıcılığının inkişafı, qorunması və təbliğinə dəstək məqsədilə nazirlikdə “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı” hazırlanmış və təsdiq edilmişdir. Həmin fəaliyyət planında xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün sistemli işlərin, o cümlədən festival, müsabiqə, forum və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

 “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq Tovuz rayonunda III Respublika Xalq Teatrları Festivalının növbəti seçim mərhələsi keçirilmişdir. Festivalın seçim mərhələsində Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak etmişdir.

Tədbirdə Tovuz rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı “Xoşbəxtlər” tamaşası ilə çıxış edib. Tamaşa münsiflər heyəti və izləyicilər tərəfindən böyük maraqla izlənilib.

Daha sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinin mədəniyyət studiyası tərəfindən Xocalı soyqrımı mövzusunda hazırlanmış “Qara nağıl” kompozisiyası nümayiş etdirilib.

Bildirək ki, regionda əhalinin asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayan xalq teatrının yaranmasından 48 il ötür.

Festivalın seçim mərhələsi çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəkləri, birlikləri və digər kollektivlərə baxış keçirilmişdir. Tovuz rayon Mədəniyyət Mərkəzinin “Xədicə” rəqs ansamblı “Naxçıvani” və “Turacı” rəqsləri, “Saz dərnəyi” “Osmanlı divanisi” havası, “Akustik gitara dərnəyi” “Şəhidim” mahnısı, Ağstafa rayon Mədəniyyət Mərkəzi ”Dastan aşıqlar” ansamblı “Şahsevəni” havası, Qazax rayon Mədəniyyət Mərkəzinin “Göyəzən” nəfəs alətləri ansamblı “Heyvagülü” havası ilə çıxış etmişdir.

III Respublika Xalq Teatrının Tovuzda keçirilmiş seçim mərhələsi çərçivəsində peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarına ustad dərsləri keçirilmişdir. Ustad dərslərində səhnə mədəniyyəti, jestlər, mimikalar, səsləndirmə və hərəkətlər izah edilmiş tamaşalara quruluş verilməsi zamanı xalq teatrlarının rejissorlarına müasir dövrün tələblərinin nəzərə alınması, etik qaydalar, tamaşaçıları ilə ünsiyyətin qurulması üçün cəhdlərin göstərilməsi tövsiyyə edilmişdir. Həmçinin, festival ərəfəsində oynanılan tamaşalarda görülən kiçik qüsurların düzəldilməsi üçün yanmaşma tərzləri izah edilmişdir. Ustad dərslərində iştirak edən xalq teatları kollektivlərin rejissor, bədii rəhbər və üzvləri həvəskar teatr kollektivlərinə göstərilən diqqətə, onların potensialının üzə çıxarılması üçün təşkil edilən festival, müsabiqələrə, həmçinin peşəkarlıqlarının artırılması üçün dəstəyə, ustad dərslərinə görə təşəkkürlərini bildirmişlər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi