Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
198

Türk dünyasının musiqi əfsanələri Sankt-Peterburq səhnələrində

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq şəhərində “Şərqin musiqi əfsanələri” adlı konsertlər keçirilir. 10, 11 və 13 may tarixlərini əhatə edən konsert proqramları Türkiyə və Rusiya arasında elan olunan “Mədəniyyət və turizm ili - 2019” çərçivəsində gerçəkləşir.

Dmitri Xoxlovun rəhbərliyi ilə V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin iştirakı ilə D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Filarmoniyasının böyük zalında, Dövlət Akademik Xor Kapellası və Ordu Evində təşkil olunacaq konsertlərdə musiqisevərlər türk dünyası bəstəkarlarının əsərlərindən ibarət möhtəşəm konsert proqramlarını izləyə biləcəklər.

Layihənin ideya müəllifi, TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun da iştirak edəcəyi konsertlərdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Həsən Rzayev, Arif Məlikov, Vasif Adıgözəlov, Atay Oqombayev, Kalıj Moldobasanov, Mukan Tulebayev, Ahmet Jubanov kimi bəstəkarların əsərləri səsləndiriləcək. Rus musiqisevərlər bu bəstəkarların “Yedi gözəl”, “Məhəbbət əfsanəsi”, “Birjan və Sara”, “Koroğlu”, “Abay” kimi məşhur əsərlərlə yanaşı, tar, komuz, qaval və kuray kimi türk xalqlarının ənənəvi musiqi alətlərini də dinləmək imkanı əldə edəcəklər.

Konsertlərdə TÜRKSOY-un dəvət etdiyi sənətçilər - Ağaverdi Paşayev, Sahib Paşazadə (Azərbaycan), Faruk Sadıkov, Birdonakhon Matkarimova (Özbəkistan), Duysen Ukimbay (Qazaxıstan), Cihan Yurtçu (Türkiyə), Sayan İsin və Aygerim Muhtardin (Qırğızıstan), Ramil Qayzullin (Başqırdıstan) və iştirak edəcəklər.

XƏBƏRLƏR

23.05.2019 09:31
Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib