Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Sabirabadda kütləvi tədbir keçirildi
Sabirabad rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə kütləvi tədbir keçirilib. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, icra hakimiyyətinin məsul işçiləri, regional mədəniyyət idarəsi və mədəniyyət müəssisələrinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti və regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə təşkil olunan konsert proqramında Xalq artistləri Nazpəri Dostəliyeva və Niyaməddin Musayev, respublikanın sevilən müğənnilərinin ifa etdikləri mahnılarla iştirakçıların zövqünü oxşamışdır. Konsert atəşfəşanlıqla sona çatmışdır.
Tədbir ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılanıb.