Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3397

YUNESKO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi keçirilib

Parisdə YUNESKO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyinin almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə birgə təşkil etdiyi sərginin açılış mərasimi olub. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, YUNESKO yanında müxtəlif ölkələrin səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov sərginin müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə dair vacib mesaj olduğunu bildirib. O, almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub. Almanların ölkəmizə gəlişinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiya etməsindən söz açıb. Bildirib ki, dini ayinlərini azad şəkildə həyata keçirən almanlar ölkəmizdə bir neçə kilsə də tikiblər. Hökumətimiz ölkədə yaşayan bütün milli və dini azlıqlara lazımı şərait yaradılması üçün zəruri tədbirlər görüb.

Azərbaycanın YUNESKO-ya üzvlüyünün 25 illiyindən söz açan səfir dövlət müstəqilliyini bərpa edən ölkəmizin elə ilk gündən xarici işğala məruz qaldığını diqqətə çatdırıb. İqtisadi və humanitar çətinliklə üzləşən Azərbaycanın bütün çətinliklərə sinə gərdiyini və humanitar yardım alan ölkədən humanitar yardım edən ölkəyə çevrildiyini qeyd edib. Ölkəmizin YUNESKO-nun layihələrinə maliyyə dəstəyindən danışıb.

Mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla YUNESKO arasında mühüm əməkdaşlıqdan söz açaraq, ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi mehriban yaşayır.

İki ildən bir ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb və gələn il onun 10 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalanıb.

YUNESKO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt sərginin Azərbaycanı yaxından tanımağa imkan verdiyini bildirib. O, Azərbaycanı YUNESKO-ya üzv olmasının 25 illiyi münasibəti ilə təbrik edib. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa töhfəsindən danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almanların ölkəmizə gəlişinin tarixindən, alman mədəni irsinin qorunub saxlanmasından söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzalayıb. Yubiley münasibətilə Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda sərgilər təşkil olunub.

Sonra tədbir iştirakçıları gənc pianoçu Etibar Əsədli və Vurğun Vəkilovun ifasında səsləndirilən Azərbaycan və alman bəstəkarlarının klassik musiqi sədaları altında sərgi ilə tanış olub və fikir mübadiləsi aparıblar.

Sonda Erik Falt bildirib ki, Azərbaycanı yaxından tanımağa imkan yaradan sərgi alman təsirinin müxtəlif aspektlərini də əks etdirir. “Sərgi ölkənizin multikultural olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqların harmoniyada yaşadığından xəbər verir ki, bu da YUNESKO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür”, - deyə E.Falt vurğulayıb. Qeyd edib ki, Azərbaycan YUNESKO–nun fəal tərəfdaşıdır və mədəniyyətlər arası dialoqun təşviqinə böyük töhfələr verib.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!