Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2778

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin yekun konserti keçiriləcək

27 iyun 2019-cu il tarixində saat 15.00-da Beynəlxalq Muğam Mərkəzində Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi respublika müsabiqəsinin yekun konserti keçiriləcək.  

Müsabiqənin keçirilməsində məqsəd xalq çalğı alətlərinin təbliği, bu sahədə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.

Tar, kamança, qanun, saz, balaban, qarmon, nağara ixtisasları üzrə 3 yaş qrupunda (I qrup 9-12, II qrup 13-15, III qrup 16-18) keçirilən müsabiqədə respublikanın musiqi təhsili müəssisələrindən 800-ə yaxın şagird və tələbə  iştirak etmişdir.

Müsabiqənin birinci turu 15-31 may 2019-cu il tarixlərində Bakı, Gəncə, Lənkəran, Şəki, Bərdə, İsmayıllı, Quba şəhərlərində, ikinci turu isə 7-11 iyun 2019-cu il tarixlərində Bakı şəhərində keçirilmişdir.

“Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Quliyevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən Bakı, Sumqayıt, Şəki şəhər, Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Xaçmaz, Xızı, Kəlbəcər, Kürdəmir, Quba, Qubadlı, Qobustan, Lənkəran, Neftçala, Siyəzən, Şabran, Şamaxı, Şəmkir rayon uşaq musiqi və incəsənət məktəblərinin, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci və İncəsənət Gimnaziyasının, Gəncə, Sumqayıt musiqi kolleclərinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagird və tələbələri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, mükafat və fəxri fərmanlara layiq görülmüşlər. Müəllimlərin və konsertmeysterlərin də əməyi qiymətləndirilmiş, onlar fəxri fərmanlarla təltif olunmuşlar.
 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb