Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3219

Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu

Martın 15-də, görkəmli muğam ustadı, Xalq artisti Hacıbaba Hüseynovun (1919-1993) doğum günündə, mədəniyyət və incəsənət xadimləri I Fəxri xiyabana gələrək xanəndənin məzarını ziyarət etdilər. Muğamların mahir bilicisinin məzarı üzərinə tər çiçək dəstələri düzüldü, xatirəsi ehtiramla yad olundu.

Mərasimdə çıxış edən kamança ifaçısı, Əməkdar artist, professor Mirnazim Əsədullayev bildirdi ki, bu gün ustad xanəndə və pedaqoq Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi tamam olur. Sənətkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral tarixli sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanır. Yubileylə əlaqədar olaraq bu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək. Eyni zamanda xanəndənin məzarüstü abidəsi yenilənəcək.

Xanəndənin yaradıcılığından söz açan M.Əsədullayev qeyd etdi ki, onun sözü və ritmi həmişə rəvan idi: “Sənətkarın vəfatından uzun illər keçsə də, bu sənətdə onun yeri görünür”.

Hacıbaba Hüseynovun sənət dostları xalq artistləri, professorlar, tarzənlər Zamiq Əliyev, Vamiq Məmmədəliyev, xanəndə, Xalq artisti Zabit Nəbizadə, qarmon ifaçıları əməkdar artistlər Zakir Mirzəyev, Hüseyn Hüseynov, Azərbaycan Televiziyası Musiqi verilişləri redaksiyasının baş redaktoru Çingiz Abbasov, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov çıxış edərək xanəndə ilə bağlı xatirələrini bölüşdülər. Vurğulandı ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Onun muğam məktəbinin yetirmələri olan ifaçıların sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Xanəndə Azərbaycanın muğamının ölkəmizdə xaricdə tanıdılmasına mühüm töhfələr verib.

Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayır. Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyir, özü də qəzəllər qələmə alır. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilir. Sənətkarın xatirəsi, əbədi heykəli ürəklərdə yaşayır. Vurğulandı ki, ustad xanəndənin Fəxri xiyabanda dəfn olunması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb. 

Mərasimdə xanəndənin qızı Səadət Hüseynova atası ilə bağlı xatirələrini bölüşdü. Sonra sənətkarın bacısı oğlu, tanınmış teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin qeyd olunması haqqında sərəncam imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, ailəsi adından xanəndəni yad etməyə gələn hər kəsə dərin təşəkkürünü ifadə etdi. Diqqətə çatdırdı ki, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bundan əlavə, dövlət başçısının sərəncamları ilə Nəsiminin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlı və bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileyləri qeyd ediləcək. Bu yubileylər sırasında Hacıbaba Hüseynovun da yubileyinin keçirilməsi qəlbimizi qürur hissi ilə doldurur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi