Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1408

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı zəngindir

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir. Bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Festivalın təntənəli açılış mərasimi 18 sentyabr saat 19.00-da Heydər Əliyev Sarayında baş tutacaqdır. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcəkdir (solist Xalq artisti Murad Adıgözəlzadə).

Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artisti  Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Azərbaycan opera səhnəmizin Nigarı” adlı silsilə tədbirlər təşkil olunacaqdır.

21 sentyabr saat 19.00-da Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcəkdir. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası iştirak edəcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonu “Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaqdır.

23 sentyabr saat 19.30-da Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşasının premyerası baş tutacaqdır. Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Festivalın bağlanış mərasimi 26 sentyabr saat 19.00-da Heydər Əliyev Mərkəzində baş tutacaqdır. Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı skripkaçı Pavel Milyukov  çıxış edəcəklər.

 

 

XƏBƏRLƏR

24.05.2019 17:49
“Bizim Don Kixot” tamaşasının premyerası keçiriləcək
24.05.2019 14:47
Abdulla Şaiqin Mənzil-Muzeyində Cəfər Cabbarlı yad edildi
24.05.2019 13:09
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər
24.05.2019 09:54
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
24.05.2019 08:53
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirildi
23.05.2019 17:39
Bakıda tanınmış rəssam Vədud Müəzzinin fərdi sərgisi açılıb
23.05.2019 16:11
“Balaca Şahzadə” dörd dəfə nümayiş olunacaq
23.05.2019 16:00
Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunan elektron məlumat bazasının təqdimatı keçirildi
23.05.2019 15:52
Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir
23.05.2019 11:36
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
23.05.2019 11:10
Musiqili Teatrda 60-cı dəfə “O olmasın, bu olsun” nümayiş olunacaq
23.05.2019 10:45
Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada konsert proqramı ilə çıxış edib
23.05.2019 10:30
Qusarın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb
23.05.2019 10:23
Musiqili Teatr geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq
23.05.2019 09:31
Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
23.05.2019 09:29
Nizami Kino Mərkəzində “Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edilib
23.05.2019 09:28
Əfsanəvi qarmon ifaçısına həsr olunmuş kitab təqdim edilib
22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi