Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2112

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun təşkilat komitəsinin müşavirəsi keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında 14 noyabr 2016-cı il tarixində imzalandığı Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birgə tədbirlər planı hazırlamışdır. Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi cari ilin 17-21 oktyabr tarixində nəzərdə tutulmuşdur.

Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir.

Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və  1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.  

Bununla bağlı cari ilin 11 oktyabr tarixində mədəniyyət və turizm naziri, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin sədrliyi ilə təşkilat komitəsinin geniş müşavirəsi keçirilmişdir.

İclası nazir Əbülfəs Qarayev açmış və çıxışında Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək Simpoziumun mahiyyəti barədə ətraflı məlumat vermiş, Simpoziumun proqramına dair müvafiq təşkilati məsələləri müzakirə etmiş və aidiyyəti üzrə tapşırıqlar vermişdir. Tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu və onun çərçivəsində keçiriləcək sərgi və tədbirlərin yüksək əhəmiyyətini vurğulamışdır.

Sonra nazir müavini Sevda Məmmədəliyeva çıxış etmiş və xüsusi vurğulamışdır ki, bu Simpozium dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcəkdir. Sevda xanımın çıxışında Simpozium çərçivəsində təqdim ediləcək dörd sərgi barədə məlumat vermiş və bunlardan ikisi Azərbaycan Xalça Muzeyində “Müasir incəsənət xalçalarda” və Azərbaycan Milli İncəsənət Muzeyində Londonun “Viktoriya və Albert”, Berlinin “İslam incəsənəti”, Azərbaycan Milli İncəsənət muzeylərinin və İngiltərənin və Azərbaycanın şəxsi kolleksiyaların nümunələri əsasında təşkil ediləcək sərgilərin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Tədbirin təsisçilərindən biri olan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxışında Simpoziumun işinə Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının və muzeylərinin aktiv cəlb edilməsinin önəmini vurğulamış və tədbirə xaricdən qatılacaq alimlərlə aidiyyəti sahələr üzrə görüşlərin və müzakirələrin aparılmasına böyük önəm vermişdir.

Tədbirin digər təsisçilərindən biri olan “Azərxalça” ASC-nin sədr müavini Orxan Rzayev çıxış edərək təşkilat tərəfindən Azərbaycan xalçasına həsr edilmiş dərgilər və Qədim Azərbaycan xalçası (18-19 əsr) sərgi barədə məlumat vermiş və gələn qonaqların “Azərxalça” ASC-in xalça istehsalının keçirildiyi məkanda fəaliyyəti xüsusi qəbulun təşkilinə dair təkliflər vermişdir.

Nazir Əbülfəs Qarayev tədbir çərçivəsində qonaqlar tərəfindən ziyarət ediləcək obyektlər sırasında “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun xüsusi önəm daşıdığını qeyd etdi və tədbirdə iştirak edən adıçəkilən Qoruğun rəisi Əsgər Ələkbərovun Simpozium işinin dəstəklənməsinə və İçərişəhərdə qonaqların qəbul olunmasına müvafiq şəraitin yaradılması ilə bağlı tapşırıqlarını verdi.

Öz növbəsində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov tədbirin yüksək səviyyədə təşkili ilə bağlı İdarə tərəfindən lazımi tədbirlərin görüləcəyini bildirdi.

Sonda Nazirliyin müstəqil eksperti Əsli Səmədova çıxış edərək İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) rəhbərliyinin salamlarını müşavirə iştirakçılarına yetirdi və Simpoziumun tərəfdaşları olan geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalı və İCOC tərəfindən son 2 il ərzində aparılan işlər barədə qısa məlumat verdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi