Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3038

VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Milli Kitabxanada olub

Mart ayının 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri - IFLA-nın sabiq prezidentləri Klaudiya Lyuks və Parent İnqrid, ABŞ-ın Konqres Kitabxanasının Afrika və Orta Şərq bölməsinin müdiri Meri-Ceyn Dib, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq üzrə eksperti Mariya Karşiyska, İngiltərənin Lafboro Universitetinin əməkdar professoru Paul Sturges, Fransa Milli Kitabxanasından Gerald Qrunberq, Misirin İskəndəriyyə Kitabxanasının kitabxana sektorunun müdiri Lamiyə Abdülfəttah, İskəndəriyyə Kitabxansının əməkdaşı Raniya Kalavi, Afrika Kitabxana və İnformasiya Assosiasiyasının direktoru Joel Sam və digərləri Milli Kitabxanada olmuşlar.

Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamış və Milli Kitabxana haqqında qonaqlara ətraflı məlumat vermişdir. Qonaqlar ilk öncə bir gün əvvəl Qlobal forumun kitabxana işçiləri üçün panei iclasında təqdimatı keçirilən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”nı görmək istədiklərini bildirmişlər. Xidmət işləri üzrə direktor müavini Ə.İsmayılova qonaqlara mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin bilavasitə təşəbbüsü əsasında həyata keçirilən bu layihədən, burada oxuculara göstərilən elektron və onlayn xidmətlərdən, açıq səma altında tədbirlərdən-kitab təqdimatlarından, şeir gecələrindən, “imzalı görüşlər”dən, məktəbli uşaqlarla keçirilən tədbirlərdən danışmışdır. “Açıq Kitabxana”nı çox bəyənən qonaqlar bu layihənin çox kreativ, inniovativ əsaslı və əhəmiyyətli bir layihə olduğunu, onun həftənin 7 günü və günün 24 saatını fasiləsiz işlədiyini, hətta uşaqlar üçün də mütaliə guşəsinə çevrildiyinin əhəmiyyətini xüsusilə vurğulamışlar. Daha sonra qonaqlar kitabxananın Oxu zallarını, Nadir kitablar və kitabxana muzeyi şöbəsini, Kitab fondlarının mühafizəsi şöbəsini, Elektron kataloqun yaradılması, Elektron resursların yaradılması şöbələrini ziyarət etmiş, oxuculara kitab verilişi proseslərinin avtomatlaşdırılması işləri ilə və Milli Kitabxananın iş təcrübəsi ilə yaxından tanış olmuşlar. Qonaqlar Milli Kitabxananın Oxu zallarında oxucular üçün yaradılan şəraitdən çox məmnun olduqlarını bildirmiş və oxu zallarının işıqlandırma sistemini, kitabxananın elektron xidmətlərini, həmçinin kitab fondlarındakı mobil stellajları bəyəndiklərini xüsusilə vurğulamışlar. Konqres Kitabxanasında yenilənmə işlərinin həyata keçirildiyini qeyd edən Konqres Kitabxanasının Afrika və Orta şərq bölməsinin müdiri Meri-Ceyn Dib Oxu zalında tələbə gənclər üçün yaradılan imkanları bəyəndiyini xüsusilə bildirmiş və bu təcrübələri Konqres Kitabxanasında mütləq həyata keçirəcəyini söyləmişdir.

Daha sonra qonaqlar direktor Kərim Tahirov ilə Kitabxana haqqında öz təəssüratlarını bölüşmüşlər. Professor Kərim Tahirov qonaqları maraqlandıran bütün sualları ətraflı şəkildə cavablandırmışdır. Sonda direktor Milli kitabxananın iş təcrübəsini yüksək qiymətləndirdiklərinə görə  qonaqlara öz təşəkkürlərini bildirmiş və gələcəkdə bu kimi tədbirlərdə bir daha görüşəcəyinə ümid etdiyini söyləmişdir. Daha sonra qonaqların hər birinə “Milli Kitabxana. Fotoalbom” (üç dildə: Azərbaycan, rus və ingilis dillərində), “Azərbaycan mətbəxi” kitabları, “Azərbaycan filmləri” (CD), Azərbaycan xəritəsi və Bakının simvolu olan Qız qalası suveniri hədiyyə edilmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib