Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2390

VII Beynəlxalq Mədəni Forum çərçivəsində Mədəni Proqramlar İnstitutunun rəhbərliyi ilə görüş keçirildi

Məlum olduğu kimi, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan VII Beynəlxalq Mədəni Forumunda eyni zamanda mədəniyyət sahəsində ixtisaslaşmış rəsmi dövlət qurumlarının rəhbərləri, mədəniyyət menecerləri, alim və mütəxəssislər iştirak edir.

Forum çərçivəsində təşkil olunmuş bir neçə tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev iştirak etmişdir.

A.Usubəliyevin forum çərçivəsində təşkil edilən panellərdən birinin sahibi olan Mədəni Proqramlar İnstitutunun rəhbərliyi ilə görüşü keçirilmişdir. Görüş zamanı iki müəssisə arasında əməkdaşlıq perspektivləri müzakirə edilmiş və əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilmişdir. Gələcək əməkdaşlığın prioritet istiqamətlərindən biri mədəniyyət sahəsində çalışan mütəxəssislər üçün müxtəlif təyinatlı təlimlərin keçirilməsidir. Belə ki, mövcud istiqamətlərdə görülmüş işlər barəsində geniş məlumat verilmiş və faydalı ola biləcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Rusiyanın Mədəni Proqramlar İnstitutunun rəhbəri Yelena Smirnova əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildirmişdir. Aparılmış danışıqlar nəticəsində müəyyən olunmuşdur ki, əməkdaşlıq əsasən metodiki vəsaitlərin və tədris proqramlarının hazırlanması habelə birgə beynəlxalq təlimlərin keçirilməsi kimi sahələri əhatə edəcəkdir.

Mədəni Proqramlar İnstitutunun rəhbərliyi eyni zamanda mədəniyyət üzrə ixtisaslaşmış təlimçilər üçün də xüsusi tədris proqramlarının hazırlanmasında maraqlı olduqlarını bildirmişdir.

Birgə keçirilməsi nəzərdə tutulan təlimlər muzey, teatr, kitabxana, mədəniyyət evləri habelə mədəniyyət idarələrinin rəhbərləri üçün müasir mədəniyyət menecmenti mövzusunu əhatə edəcək ixtisaslaşmış proqramları əhatə edəcəkdir. Əməkdaşlıq çərçivəsində təcrübə ezamiyyələrinin də təşkili də nəzərdə tutulmuşdur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi